Karateçilər Xorvatiyada iki bürünc medal qazandılar
Karateçilərimiz Xorvatiyada keçirilən “Karate1 Youth League və Parakarate Cup” turnirlərində uğurla çıxış ediblər.
TodayPress TV xəbər verir ki, Gülay Orucova (59 kq) 16-17 yaş qrupunda Poreç turnirinin bürünc medalını qazanıb.
Parakarate üzrə yığma komandanın üzvü Aslan Ərcan isə K21 kateqoriyasında eynilə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Namiq HUN