Kan “Real”ı hədəf aldı – “Onlara hər şey icazəlidir?”

İdman

18.04.2026 11:41

“Bavariya” futbol klubunun keçmiş qapıçısı Oliver Kan “Real Madrid”i hakim qərarlarına reaksiyasına görə tənqid edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 

Söhbət UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində komandalar arasında keçirilən cavab oyunundan gedir. Münhendə baş tutan qarşılaşma “Bavariya”nın 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 86-cı dəqiqəsində baş hakim Slavko Vinçiç “Real”ın yarımmüdafiəçisi Eduardo Camavinqaya ikinci sarı vərəqə göstərərək meydandan qovub. Bu qərar Madrid təmsilçisinin oyunçuları və baş məşqçisi Alvaro Arbeloa tərəfindən ciddi narazılıqla qarşılanıb.

Oliver Kan “Real”ın reaksiyasını sərt şəkildə tənqid edib:

“Buna son qoymaq lazımdır. Hər şey onların planına uyğun getməyəndə xaos yaranır. Onlar elə davranırlar ki, sanki hər hakim qərarı onların xeyrinə olmalıdır. Bu, keçmişdə də belə olub və yenə eyni vəziyyəti görürük. Bu, qəbuledilməzdir və buna son verilməlidir. Açığı, bu, onların Çempionlar Liqasında 15 titul qazanmasını da müəyyən mənada izah edir”.

Namiq HUN

TodayPress TV

tag: Bavariya,Oliver Kan,Real Madrid,Tənqid,TodayPress TV,