“Kadillak”da problemlər səngimir: Bottasdan sərt etiraflar!

“Kadillak”da problemlər səngimir: Bottasdan sərt etiraflar!
14.10.2026 11:35 İdman

“Formula-1” çempionatında mübarizə aparan “Kadillak” komandasının finlandiyalı pilotu Valtteri Bottas Sinqapur Qran-Prisini dəyərləndirib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Motorsport” məlumat yayıb.

Yarışı liderdən üç dövrə geridə başa vuran pilot komandanın hazırkı mövqeyi və qarşıdakı planlar barədə danışıb. Bottas yarış zamanı qarşılaşdıqları çətinlikləri belə xatırladıb:

“Hələ ikinci dövrədən etibarən “lift-and-cost” (yanacağa qənaət məqsədilə qaz pedalından vaxtından əvvəl ayaq çəkmək) üsulundan istifadə etməli oldum. Sonda vəziyyət bir qədər sabitləşdi, lakin sonradan yenidən həmin üsula əl atmalı olduq. Bu, əyləc yeniləmələri ilə bağlı sınaq idi? Hər iki maşınımızla finişə çatdıq. Bu, idarəetmə tələb edirdi, amma düşünürəm ki, əksər komandalar buna bənzər addımlar atmaq məcburiyyətində qalıblar. Hesab edirəm ki, bizim bu problemimiz demək olar ki, həll olunub”.

Birinci dövrədə sürət çatışmazlığına toxunan pilot qeyd edib:

“Birinci seqmentdə ümumiyyətlə sürətim yox idi və yarış boyu eyni vəziyyət davam etdi. Komandadan dövrə zamanı harada vaxt qazana biləcəyimə dair məlumatlar alırdım. Əlimdən gələni etdim. Əgər dövrəyə girişdə və ya mərkəzində sürətim çatmırdısa, bunu düzəltməyə çalışırdım, amma bu dəfə də dövrədən çıxışda və ya başqa bir fazada itirirdim. Həqiqətən də qəribədir”. 

Bottas qarşıdakı ABŞ Qran-Prisindən də gözləntilərini bölüşüb:

“Bilirik ki, Amerikada bizi növbəti çətin yarış gözləyir, lakin ümid edirik ki, nəticə Sinqapurdakından yaxşı olacaq. Nədənsə hiss olunur ki, Sinqapurda potensialımızdan bir qədər aşağı səviyyədə çıxış etdik, tempimiz ideal olmaqdan çox uzaq idi”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər