Bakı növbəti dəfə dünya alimlərini bir araya gətirdi
ADA Universitetində İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransının (AICT2026) açılış mərasimi baş tutub.
TodayPress TV xəbər verir ki, Azərbaycanda yeddinci dəfə təşkil olunan bu nüfuzlu tədbir ADA Universiteti, IEEE-nin müvafiq Azərbaycan bölmələri və bir sıranın xarici tərəfdaş ali təhsil və elmi müəssisələrinin birgə təşkilatçılığı ilə reallaşıb.
20 illik yubileyini "20 ildir elmi, texnologiyanı və cəmiyyəti birləşdiririk" şüarı altında qeyd edən konfransın əsas məqsədi İKT sahəsində tədqiqatçıları, akademikləri və sənaye mütəxəssislərini bir araya gətirərək bilik mübadiləsini təşviq etməkdir.
Açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və tərəfdaş qurumların nümayəndələri çıxış ediblər.
Tədbir çərçivəsində Polşa Elmlər Akademiyasının üzvü və London Kral Kollecinin dəvətli professoru Erol Qelenbe “Süni intellektə optimallaşdırma və simulyasiya prizmasından baxış” mövzusunda məruzə ilə çıxış edib.
Həmçinin konfrans proqramına “Ali təhsildə və elmdə süni intellekt: imkanlar və çağırışlar” mövzusunda panel müzakirəsi daxil edilib.
Jalə Rövşən
