Dünyanın gözü Bakıda - Türkiyə prezidenti Azərbaycana gəlir – İDDİA

Dünyanın gözü Bakıda - Türkiyə prezidenti Azərbaycana gəlir – İDDİA
14.10.2026 10:54 Siyasət

Azərbaycanın təşəbbüsü ilə Asiyada təhlükəsizlik məsələləri müzakirəsinə start verilir və Azərbaycan kimi bir dövlətin reallaşdırdığı, Bakı şəhərindən dünyaya təqdim eləmək istədiyi məsələlərin sırasında çox ciddi nüanslar var.

Hazırda Azərbaycan tərəfindən gündəliyə dünyadakı sülh, təhlükəsizlik problemləria təklif olunur. Dövlətlərarasında etimadın artırılması çağırışı edilir; o cümlədən nəqliyyat infrastrukturunun qurulması, rəqəmsallaşdırma, davamlı iqtisadi artım kimi məsələlər daxildir.

Və belə bir strateji tədbirin keçirilməsinə yönəlik dünyanın bir sıra prezidentlərinin Azərbaycana səfəri reallaşdırılır. Bu səfər çərçivəsində iddia edilir ki, biz həm də İsrail prezidentinin və Türkiyə rəhbərinin  Bakıya səfərini müşahidə edəcəyik.

Məlumdur ki, regionda çox ciddi proseslər cərəyan eləyir. Azərbaycanın təhlükəsizlik və strateji xarici siyasəti ilə bağlı müəyyən ölkələrin qərəzli yanaşmalarını görməkdəyik. Amma unutmaq lazım deyil ki, Azərbaycan tərəfi özünün strateji addımlarını milli maraqlar əsasında qurur.

Bu mənada təəssüfləndirici faktlardan biri də Azərbaycanın orta məktəblərində vahid məktəbli formasının tətbiqindən sonra qarşılaşdığı hibrid hücumlarla bağlı yaranan problemdir. Təəssüf, bu sırada İranın, xüsusilə də Türkiyənin xilafətçi və təriqətçi kəsimindən Azərbaycana qarşı böyük linç kampaniyası aparılmaqdadır.

Hesab etmək olar ki, həm İsrailin, həm Türkiyə prezidentinin Bakı səfəri ziddiyyətli xarici siyasət xəttinə malik olan dövlətlərin etimad mühiti kimi Bakı sammitində bir araya gəlməsinə çox ciddi ehtiyac yaranıb. O cümlədən Türkiyə prezidentinin Azərbaycana səfəri Türkiyə tərəfindən başladılan həmin o Azərbaycan əleyhinə kampaniyaya da son qoymaq, o cümlədən İsraillə bu və ya başqa formada əməkdaşlıq çərçivəsi səbəbini müəyyən etməyə dəstək olar.

İsmayıl Şahlı

TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər