“Real”da bal ayı bitib? Mourinyodan möhtəşəm cavab!

“Real”da bal ayı bitib? Mourinyodan möhtəşəm cavab!
14.10.2026 12:16 İdman

Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda İtaliyanın “Roma” komandasına qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransında polşalı jurnalistlə dialoqu ilə diqqət çəkib.

TodayPress TV xəbər verir ki, bu barədə “Madrid Zone” “X” sosial şəbəkəsində məlumat yayıb.

Jurnalist: “Mən Polşadayam, İspaniyadan uzaqdayam, amma eşitdiklərimə görə, indi “Real Madrid” olduqca çətin vəziyyətdədir, hər şey çox mürəkkəbdir”.

Joze Mourinyo (gülərək): "Siz Polşadansınız, bu, uzaqdır, məlumat sizə təhrif olunmuş şəkildə çatır”.

Jurnalist: “Belə bir hiss var ki, siz indi “Real”da sağ qalma rejimindəsiniz, bal ayı başa çatıb”.

Joze Mourinyo: “Bal ayı?”

Jurnalist: “Mən nəzərdə tuturam ki, bal ayı...”

Joze Mourinyo: “Mən “bal ayı” ifadəsinin nə demək olduğunu bilirəm, amma konkret olaraq nəyi nəzərdə tutursunuz?”

Jurnalist: “Hər kəs artıq yalnız qələbələr gözləyir sizdən”.

Jozze Mourinyo (gülərək): “Elə bal ayı budurmu?”

Jurnalist: “Bəs sizin nöqteyi-nəzəriniz necədir?”

Joze Mourinyo: “Bununla nə demək istəyirsiniz?”

Jurnalist: “Yaxşı, sualımı daha sadə verəcəyəm: matçdan əvvəl özünüzü necə hiss edirsiniz?”

Joze Mourinyo: “Həmişəki kimi, əla. Mələk kimi yatıram”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər