Türk trollar həyasızlıqda sərhəd tanımadılar: Subay şəhid Muxtar Qasımlının “övladı” paylaşım etdi
Türkiyədəki bəzi dairələr Azərbaycana qarşı kampaniyalarını davam etdirir, ölkəmizdə baş verən hadisələri təhrif edərək ictimai rəydə yanlış təsəvvür yaratmağa çalışırlar. Bu dəfə isə şəhidlərimizdən istifadə edirlər.
TodayPress TV xəbər verir ki, Türkiyəyə aid bəzi sosial şəbəkələrdə şəhid Muxtar Qasımlının fotosundan istifadə edilərək onun guya baş örtüyünə görə məktəbə buraxılmadığı iddia edilən qızın atası olduğu barədə paylaşım yayılıb.
Paylaşımda baş örtüyü taxan qız əlində Muxtar Qasımlının fotosunu tutub. Şəklin üzərindəki yazıda qızın Azərbaycanda baş örtüyünə görə məktəbə buraxılmadığı və şəhid övladı olduğu iddia edilib.
Halbuki şəhid Muxtar Qasımlı subay olub. Buna baxmayaraq, onun fotosu məktəbli geyimi ilə bağlı müzakirələrə cəlb edilərək guya övladı olan bir şəhid kimi təqdim edilib.
Azərbaycanda məktəblilər üçün vahid geyim formasının tətbiqi ilə bağlı qaydalar ətrafında yaranmış müzakirələrdən bu şəkildə istifadə edilməsi ictimaiyyətə yanlış məlumat ötürülməsinə gətirib çıxarır. Şəhidin fotosunun həqiqətə uyğun olmayan iddia ilə paylaşılması isə məsələnin daha həssas tərəfidir.
Qiymət Mahir