Türkiyəni bizə sevdirən Atatürkün xidmətləri
Mustafa Kamal Atatürkün həyata keçirdiyi islahatlar təkcə Türkiyənin deyil, bütün türk dünyasının tarixində dönüş nöqtəsi sayıla bilər. Onun apardığı dəyişikliklər ölkəni imperiya qalıqlarından azad edərək müasir, dünyəvi və müstəqil dövlətə çevirdi.
Todaypress TV Atatürkün adını əbədiləşdirən 24 əsas fəaliyyət istiqamətini təqdim edir:
- İmperialist qüvvələri Anadoludan qovub çıxarıb.
- Göytürklərdən təxminən 1300 il sonra tarixdə ikinci dəfə türk adı ilə qurulan müstəqil Türkiyə dövlətini bütün dünyaya elan edib.
- Sultanlığı ləğv edib.
- Xilafəti ləğv edib.
- Cümhuriyyəti qurub.
- Təkke və zaviyələri (təriqət ocaqlarını və dərviş məskənlərini) bağlayıb.
- Əlifba islahatı apararaq ərəb hərflərindən istifadəyə son qoyub.
- Savadsızlığa qarşı başlatdığı oxuyub-yazma səfərbərliyi ilə böyük inqilab həyata keçirib.
- Şəriət qanunlarını ləğv edib.
- Qadınlarla kişiləri hüquqi baxımdan bərabərləşdirib.
- Seyidlik, şeyxlik kimi titulları qadağan edib.
- Cadugərliyi və tilsimçilik fəaliyyətini qadağan edib.
- Geyim və geyinmə qaydaları sahəsində islahat aparıb.
- Ümmət anlayışına əsaslanan dövlət modeli əvəzinə türk kimliyi üzərində dövlət qurub.
- Türk dilini sadələşdirib, Qurani-Kərimi türkcəyə tərcümə etdirib və təfsirini hazırladıb.
- Məktəblər və fabriklər tikdirib.
- Yollar, körpülər və dəmir yolları inşa etdirib.
- Xəstəxanalar tikdirib.
- Türkiyə kənd təsərrüfatını müasirləşdirib.
- Heyvandarlığı yenidən dirçəldib.
- Sənaye sahəsində böyük addımlar atıb.
- Limanları və dəniz nəqliyyatı sahəsini milliləşdirib.
- Türk xalqının özünəinamını yenidən bərpa edib.
- “Yurdda sülh, cahanda sülh” prinsipini əsas tutaraq ölkənin ətrafında sülh mühiti formalaşdırıb.
Bu addımlar Atatürkün şəxsiyyətini tarixdə unudulmaz edib, onun mirasını nəsillərdən-nəsillərə ötürülən dəyərə çevirib.