Gərgin mübarizə və gümüş medal: Güləşçimiz mundialı mükafatla tamamladı!
ABŞ-nin Las-Veqas şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında Azərbaycan yığması növbəti medala sahib olub.
TodayPress TV xəbər verir ki, yunan-Roma güləşçimiz Elmir Əliyev (60 kq) mundialın finalında qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
Digər təmsilçimiz Fərid Xəlilov (72 kq) isə bürünc medal uğrunda həlledici görüşdə türkiyəli İbrahim Özdəmirə 0:10 hesabı ilə uduzaraq dünya çempionatını beşinci pillədə başa vurub.
Namiq HUN