Yəhudi əsilli şagirdlər də kipasız gedirlər: 152 nömrəli məktəbdə geyim intizamı

Yəhudi əsilli şagirdlər də kipasız gedirlər: 152 nömrəli məktəbdə geyim intizamı
14.10.2026 11:18 Elm və Təhsil

Bakı şəhərində yerləşən 152 nömrəli tam orta məktəbdə şagirdlərin geyim intizamına xüsusi önəm verilir.

TodayPress TV xəbər verir ki, məktəbdə müxtəlif dini və etnik mənsubiyyətə malik şagirdlər, o cümlədən yəhudi əsilli uşaqlar təhsil alırlar.

Təhsil ocağında bütün şagirdlər dini və etnik mənsubiyyətlərindən asılı olmayaraq, dərslərə müəyyən edilmiş məktəbli formasında gəlirlər.

Məktəbdə vahid geyim qaydalarına riayət olunması şagirdlər arasında bərabərliyin və vahid məktəb mühitinin qorunmasına xidmət edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər