İtaliya futbolu böhrandadır? Kapellodan açıqlama
İdman
18.04.2026 12:02
Tanınmış italiyalı futbol mütəxəssisi Fabio Kapello A Seriyasının hazırkı səviyyəsindən narazılığını ifadə edib.
TodayPress TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Kapello bildirib ki, İtaliya klublarının avrokuboklardakı uğursuzluğu təsadüfi deyil:
“Bu, tək hal deyil, reallıqdır. Artıq Premyer Liqa ilə müqayisələri dayandırmaq lazımdır. Bizi bosniyalılar, türklər və norveçlilər mübarizədən kənarlaşdırır”.
O, həmçinin liqadakı oyun keyfiyyətini də tənqid edib:
“A Seriyasında hakimlər çox tez-tez fit çalır, istedad azdır, qaçış azdır və müdafiə zəifdir”.
Onun sözlərinə görə, əvvəllər başqa ölkələrdə əsas heyətdə sabit oynamayan bəzi futbolçular İtaliyada fərq yaradır:
“Skott Maktominey, Rasmus Hoylund və Doniell Malen kimi oyunçular burada dominant görünür. Bu isə onların daha rahat mühitdə çıxış etdiyini göstərir”.
Qeyd edək ki, Maktominey 2024-cü ilin avqustunda “Napoli” klubuna transfer olunub.
Namiq HUN
tag: İtaliya,Futbol,Böhran,Fabio Kapello,TodayPress TV,
