İspaniya futbolunda texnoloji inqilab: çipli toplar gəlir!

İspaniya futbolunda texnoloji inqilab: çipli toplar gəlir!
13.08.2026 17:00 İdman

La Liqada 2026/2027-ci illər mövsümündən etibarən daxili çiplərlə təchiz edilmiş toplardan istifadə olunacaq.

TodayPress TV xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb. 

Connected Ball texnologiyası VAR sistemi və ofsaydın yarımavtomatik müəyyənləşdirilməsi sistemi ilə inteqrasiya olunacaq. Yenilik İspaniya çempionatının bütün yüksək liqa oyunlarında tətbiq ediləcək. Bununla da La Liqa bu texnologiyanı tətbiq edən ilk milli turnir olacaq.

Texnologiyanın istifadəsi ilə bağlı hakimlər üçün Təhlükəsizlik və Hakimlər üzrə Texniki Komitənin (CTA) rəhbərliyi altında xüsusi təlim proqramı da təşkil ediləcək.

Qeyd edək ki, yeni texnologiyanın 2027/2028-ci illər mövsümündən etibarən İspaniyanın ikinci liqası olan Sequndada da tətbiqi planlaşdırılır.

Bənzər texnologiyadan 2026-cı ildə keçirilən dünya çempionatında da istifadə olunub.

Namiq HUN 

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər