İspaniya DÇ tarixində unikal rekorda imza atdı

İspaniya DÇ tarixində unikal rekorda imza atdı
22.06.2026 09:44 İdman

İspaniya millisi dünya çempionatları tarixində unikal rekorda imza atıb.

TodayPress TV "Opta Jose" nəşrinə istinadən xəbər verir ki, son Avropa çempionu buna DÇ-2026-nın H qrupunun II turunun matçında Səudiyyə Ərəbistanını məğlub etdiyi oyunda nail olub.

İspaniya tarixdə 18 yaşda iki oyunçunun mundial matçında qol vurduğu ilk milli komanda olub.

Lamin Yamal (18 yaş 343 gün) ötən gün 4:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib. Daha əvvəl Qavi (18 yaş, 110 gün) 2022-ci ildə keçirilən turnirdə, Kosta-Rika ilə oyunda adını tabloya yazdırıb.

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunacaq DÇ-2026 iyulun 19-da başa çatacaq.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər