İnanılmaz Oveçkin: yaşına meydan oxuyan performans!

İdman

17.04.2026 12:51

“Vaşinqton Keptals” xokkey klubunun baş məşqçisi Spenser Karberi komandanın kapitanı Aleksandr Oveçkin haqqında yüksək fikirlər səsləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə NHL-in  rəsmi saytı məlumat yayıb. 

Mütəxəssis rusiyalı hücumçunun çıxışını qeyri-adi adlandırıb:

“Son iki ildə və bu mövsüm o qədər şeylər edir ki, bunlar nə məntiqə, nə də gözləntilərə sığır. Məşqçi kimi sadəcə düşünürsən: bunu necə edir? Bu yaşda necə bu qədər məhsuldar qala bilir?”

Qeyd edək ki, 40 yaşlı xokkeyçi müntəzəm mövsümdə komandasının keçirdiyi bütün 82 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 32 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.

Oveçkin “Vaşinqton”un həm ən yaxşı bombardiri, həm də ən sərrast oyunçusudur. 

Namiq HUN

TodayPress TV

tag: Aleksandr Oveçkin,Vaşinqton Keptals,Xokkey,NHL,Todaypress.tv,