İlk dəfə Azərbaycan bayrağı ilə: Jilina Tokioda 6-cı oldu

İlk dəfə Azərbaycan bayrağı ilə: Jilina Tokioda 6-cı oldu
04.09.2026 16:39 İdman

Fiqurlu konkisürənimiz Veronika Jilina Azərbaycan millisinin heyətində ilk dəfə beynəlxalq yarışa qatılıb.

TodayPress TV “İdman.Biz”ə istinadən xəbər verir ki, idmançımız Tokioda keçirilən “ISU Challenger Series”ın Yaponiyadakı mərhələsi – “Kinoshita Group Cup”da debüt edib.

Jilinanın qısa proqramında ikiqat aksel, üçqat flip və üçqat lutz + üçqat tulup kaskadı yer alıb.

Təmsilçimiz ümumilikdə qısa proqramı uğurla yerinə yetirsə də, kaskadda fırlanmanı tamamlaya bilməyib.

Hakimlərdən 66,60 xal alan Veronika Jilina turnir cədvəlində altıncı pillədə qərarlaşıb.

Yarışın sonuncu günündə – sentyabrın 6-da Jilina sərbəst proqramla buz üzərinə çıxacaq.

“Kinoshita Group Cup”ın qalibi hər iki proqramın nəticələrinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, “ISU Challenger Series”in Yaponiya mərhələsi Veronika Jilinanın Azərbaycan bayrağı altında iştirak etdiyi ilk yarışdır.

Namiq HUN

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər