İki qızıldan sonra növbə onlardadır: 3 cüdoçumuz tatamiyə çıxır

İki qızıldan sonra növbə onlardadır: 3 cüdoçumuz tatamiyə çıxır
04.09.2026 11:32 İdman

Monteneqronun paytaxtı Podqoritsada gənclər arasında cüdo üzrə Avropa çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın üç cüdoçusu tatami üzərinə çıxacaq.

73 kiloqram çəki dərəcəsində mübarizə aparan Əbil Yusubov 1/16 final mərhələsində Fransanı təmsil edən Kassim Brosso ilə qarşılaşacaq.

81 kiloqram çəki dərəcəsində yarışan Cəsur İbadlı isə 1/16 finalda Belarus cüdoçusu Yaqor Talaka ilə ukraynalı Sergey Karakin arasındakı görüşün qalibi ilə üz-üzə gələcək.

Eyni çəki dərəcəsində çıxış edən Mehdi Abbasov isə 1/16 finalda meydan sahibi Monteneqronun nümayəndəsi Petar Payoviçlə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatının ilk yarış günündə Azərbaycan iki qızıl medal qazanıb. Ayxan Mirzəzadə (60 kq) və Məhəmməd Musayev (66 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər