İkardidən sevinc dolu paylaşım: Məhkəmədə qalib gəldim!

İkardidən sevinc dolu paylaşım: Məhkəmədə qalib gəldim!
28.07.2026 09:47 İdman

“Qalatasaray”, PSJ və “İnter”in sabiq hücumçusu Mauro İkardi keçmiş həyat yoldaşı Vanda Naranın maliyyə tələblərinin məhkəmə tərəfindən növbəti dəfə rədd edildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Daha əvvəl Vanda Nara məhkəməyə müraciət edərək İkardinin ona müvəqqəti təminat kimi hər ay 250 min avro ödəməsini tələb etmişdi. İyunun əvvəlində məhkəmə bu tələbi rədd etsə də, Nara qərardan apellyasiya şikayəti vermişdi. Lakin məhkəmə şikayəti də qəbul etməyib.

“Sabahınız xeyir, Milan. Mənim üçün yalnız yaxşı xəbərlər var. Boşanma prosesi çərçivəsində keçmiş həyat yoldaşıma hər ay 250 min avro, iki qızımdan hər biri üçün 65 min avro və əlavə olaraq hər ay 100 min avro kompensasiya ödəməyim tələb olunurdu. İyunun 1-də hakim bu absurd tələbləri rədd etdi. Daha sonra həmin qərardan şikayət verildi, amma bu gün İtaliya məhkəməsi həmin şikayəti də qəbuledilməz hesab etdi”, – deyə İkardi bildirib.

Futbolçu qeyd edib ki, boşanma prosesi üzrə yalnız yekun qərarın verilməsi qalıb və İtaliya ədliyyəsinin işinə güvəndiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “Qalatasaray” Mauro İkardinin klubdan ayrıldığını rəsmən açıqlayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər