Hemilton: “Əyləclər məni məhv etdi!”
İdman
24.11.2025 11:48
“Ferrari” pilotu Lüis Hemilton “Formula-1” üzrə dünya çempionatının Las-Veqas Qran-prisindən sonra nəticəsini şərh edib.
TodayPress TV xəbər verir ki, Bu barədə F1technical məlumat yayıb.
Britaniyalı pilot finişi 10-cu keçsə də, “Mclaren” pilotları Oskar Piastri və Lando Norris diskvalifikasiya edildikdən sonra 8-ci yerə yüksəlib.
Hemilton bildirib ki, boliddən maksimumu çıxarmağa əsas maneə yarışın əvvəlində balans problemləri olub. O, xüsusilə əyləclərlə bağlı ciddi çətinlik yaşayıb. Həm ön təkərlər, həm də arxa təkərlər bloklanıb və idarəetmədə heç bir “orta vəziyyət” olmayıb.
“Startdan sonra balansla mübarizə aparırdım. Əyləclərimiz üzündən mənə çox çətin idi — önlər də, arxalar da kilidlənirdi və arada heç bir keçid yox idi”, - Lüis açıqlama verib.
Hemilton qeyd edib ki, bir müddət Nikol Hüylkenberqi qovsa da, trasda ən yavaş tempə malik sürücülərdən biri olub. Aleks Albonla təmasdan sonra isə bolid zədələnib və vəziyyət tam dəyişib.
Namiq HUN
tag: Lüis Hemilton,Ferrari,F1,Komanda,Todaypress.tv,
