Hamı Aykut Kocamanı gözləyirdi, amma sürpriz qərar verildi: "Fənərbağça"nın yeni baş məşqçisi bəlli oldu
"Fənərbağça"da prezident seçkilərində Əziz Yıldırımın qalib gəlməsindən sonra yeni baş məşqçi məsələsinə də aydınlıq gəlib.
TodayPress TV xəbər verir ki, əldə edilən məlumata görə, ictimaiyyətdə ən çox Aykut Kocamanın adı hallansa da, sarı-göylülərin seçimi başqa namizəd olub.
Məlumata əsasən, İsmayıl Kartal "Fənərbağça"nın yeni baş məşqçisi təyin edilib. Onun yaxın saatlarda klub tərəfindən rəsmən təqdim olunacağı gözlənilir.
Beləliklə, "Fənərbağça" yeni mövsümə və klubun 120-ci ilinə İsmayıl Kartalın rəhbərliyi altında başlayacaq.
Türkan İsgəndərli