Gərgin anlar: Bekhem məşqçi ayrılığına reaksiya verdi
İdman
16.04.2026 10:32
“İnter Mayami” klubunun həmsahibi Devid Bekhem baş məşqçi Xavyer Maskeranonun istefasını şərh edib.
TodayPress TV xəbər verir ki, bu barədə “CBS Sports” məlumat yayım.
Bekhem bildirib ki, klub yeni baş məşqçi seçimi ilə bağlı tələsməyəcək:
“Xavyerin iki gün əvvəl gedişi bizim üçün çətin vəziyyətdir. O, ötən mövsümdən sonra komandaya gəldi və ilk çempionluğumuzu qazandı. Əlbəttə, bir məqamda yeni məşqçi tapmalıyıq, amma indi vəziyyətin sakitləşməsinə imkan verməliyik. Klub sahibi olmaq həmişə çətinliklərlə müşayiət olunur”, – deyə o qeyd edib.
Xavyer Maskerano 14 aprel tarixində şəxsi səbəbləri əsas gətirərək vəzifəsindən ayrıldığını açıqlayıb.
Argentinalı mütəxəssis 2025-ci ilin əvvəlindən komandaya rəhbərlik edirdi və onun müqaviləsi 2027-ci ilin sonuna qədər nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Maskeranonun rəhbərliyi altında “İnter Mayami” tarixində ilk dəfə MLS Cup qalibi olub.
Namiq HUN
tag: İnter Mayami,Devid Bekhem,Xavyer Maskerano,İstefa,Todaypress.tv,
