Gənc tennisçi: Ən böyük qorxum özümü məyus etməkdir

Gənc tennisçi: Ən böyük qorxum özümü məyus etməkdir
27.07.2026 10:58 İdman

Dünya reytinqində 29-cu pillədə qərarlaşan filippinli tennisçi Aleksandra Eala uğurlu çıxışlarından sonra üzərindəki təzyiqin artdığını etiraf edib.

TodayPress TV xəbər verir ki, “Tennis Head” nəşrinə danışan Eala böyük dəstək görməsinin ona əlavə məsuliyyət yüklədiyini bildirib:

“Əlbəttə ki, təzyiq var. Mənə göstərilən böyük dəstək səbəbindən bu təzyiq daha da artır, çünki heç kimi məyus etmək istəmirəm. Buna görə hər kəsə səmimi qəlbdən minnətdaram”.

Onun sözlərinə görə, təzyiq hər bir insanın həyatının bir hissəsidir və peşəkar idmançılar bunu daha çox hiss etsələr də, bunun öhdəsindən gəlməyi öyrənməlidirlər.

“Son bir ildə təzyiq xeyli artıb. Amma insanların mənə “Filippinin qürurusan” deməsinə həddindən artıq önəm verməməyə çalışıram. Bunun başımı döndərməsini istəmirəm”, – deyə Eala vurğulayıb.

Filippinli tennisçi əlavə edib ki, onun üçün ən böyük təzyiq başqalarını deyil, ilk növbədə özünü məyus etməməkdir.

“Mənim arzularımın gerçəkləşməsini məndən çox istəyən yoxdur. Uğurumu hamıdan çox mən istəyirəm. Ən böyük təzyiq özümü məyus etməməkdir. Təbii ki, mənə dəstək olan insanları da məyus etmək istəmirəm”, – deyə Eala sözlərini yekunlaşdırıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər