Gənc şahmatçıdan böyük uğur: Sindarov tarix yazdı!

Gənc şahmatçıdan böyük uğur: Sindarov tarix yazdı!
15.04.2026 17:49 İdman

Cavohir Sindarov şahmat üzrə Namizədlər Turnirində tarixi nəticə ilə yadda qalıb.

TodayPress TV xəbər verir ki, o, Yan Nepomnyaşiyə məxsus rekordu geridə qoyub.

Kiprin Peya şəhərində keçirilən turnirin 14-cü turunda Vey İ ilə heç-heçə edən özbəkistanlı qrossmeyster xallarını 10-a çatdıraraq rusiyalı şahmatçının 2022-ci ildə Madriddə keçirilən turnirdə topladığı 9,5 xalı üstələyib. 

Qeyd edək ki, Cavohir Sindarov turnirin qalibi adını vaxtından əvvəl təmin edib.

Turnirin qalibi dünya çempionu Qukeş Dommaracu ilə titul uğrunda qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər