Gənc badmintonçular Bakıda bir araya gəldi: böyük mübarizə başladı!

Gənc badmintonçular Bakıda bir araya gəldi: böyük mübarizə başladı!
14.08.2026 16:33 İdman

Bakıda 19 yaşadək gənc və yeniyetmə badmintonçular arasında “Azerbaijan Junior Open 2026” beynəlxalq turniri keçirilir. 

TodayPress TV xəbər verir ki, yarışda 9 ölkədən olan 64 badmintonçu 5 kateqoriya üzrə mükafatlar uğrunda mübarizə aparır.

Türkiyə, Özbəkistan, Gürcüstan, İran, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Hindistan və Tacikistan idmançılarının iştirak etdiyi turnirdə Azərbaycan 22 badmintonçu ilə təmsil olunur. 

Badmintonçular oğlan və qızların şəxsi, qoşa, eləcə də qarışıq qoşa kateqoriyalarında qüvvələrini sınayırlar.

“Junior International Series” kateqoriyasında təşkil olunan “Azerbaijan Junior Open 2026” turniri avqustun 16-da başa çatacaq.

Namiq HUN

FOTOLAR

Gənc badmintonçular Bakıda bir araya gəldi: böyük mübarizə başladı! — 1
Gənc badmintonçular Bakıda bir araya gəldi: böyük mübarizə başladı! — 2
Gənc badmintonçular Bakıda bir araya gəldi: böyük mübarizə başladı! — 3
Gənc badmintonçular Bakıda bir araya gəldi: böyük mübarizə başladı! — 4
Gənc badmintonçular Bakıda bir araya gəldi: böyük mübarizə başladı! — 5
Gənc badmintonçular Bakıda bir araya gəldi: böyük mübarizə başladı! — 6
XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər