Futbolçular qərarını verdi: İtaliyada mövsümün ən yaxşı məşqçisi Fabreqasdır!
İtaliya Futbolçular Assosiasiyası (AIC) "Komo" klubunun çalışdırıcısı Sesk Fabreqası A Seriyasında 2025/2026-cı illər mövsümünün ən yaxşı məşqçisi seçib.
TodayPress TV xəbər verir ki, qaliblər futbolçular arasında keçirilən səsvermə nəticəsində müəyyənləşib.
Mükafatlandırma mərasimi Milanın məşhur "La Skala" teatrında baş tutub.
39 yaşlı ispaniyalı mütəxəssis 2024-cü ildən "Komo"nu çalışdırır. Ötən mövsümdə onun rəhbərlik etdiyi komanda 71 xal toplayaraq turnir cədvəlində 4-cü yeri tutub və klub tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
Mövsümün ən yaxşı futbolçusu adına "İnter"in müdafiəçisi Federiko Dimarko layiq görülüb. "İnter" klubu mövsümün komandası seçilib. "Komo"nun yarımmüdafiəçisi Niko Pas ən yaxşı gənc oyunçu, "Yuventus"dan Fransişku Konseysau isə ən gözəl qolun müəllifi olub.
Namiq HUN