Premyer Liqada intizam pozuntuları: Klublar külli miqdarda cərimələndi!
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
TodayPress TV xəbər verir ki, Azərbaycan Premyer Liqasının VII turunda qeydə alınan qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.
“Neftçi” - “Sabah” matçında “ağ-qaralar”ın azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi təhqiramiz ifadələr səsləndirildiyi üçün klub 5000 manat məbləğində cərimə edilib. Həmin qarşılaşmada dörd futbolçusu sarı vərəqə ilə cəzalandırılan “Sabah” klubu isə 700 manat cərimələnib.
“Araz-Naxçıvan” - “Kəpəz” oyununda hesab tablosunun işləməməsi səbəbindən Naxçıvan təmsilçisi 2000 manat məbləğində cərimə ilə üzləşib.
“İmişli” - “Qarabağ” matçından sonra kənar şəxslərin meydana daxil olması ilə əlaqədar olaraq meydan sahibi klub 2500 manat cərimələnib.
Namiq HUN