“Formula-1”də gərginlik: rəhbərlikdən mühüm açıqlama
İdman
17.04.2026 13:59
“Formula-1”in rəhbəri Stefano Domenikali pilot Maks Ferstappenin mövcud qaydalarla bağlı tənqidlərinə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Motorsport” nəşri məlumat yayıb.
Domenikali qarşıdurmanın idmana fayda vermədiyini vurğulayıb:
“Maksa böyük hörmətim var, onun öz fikri var və bunu ifadə etməsi yaxşıdır. Amma təzyiq düzgün formada və uyğun platformada ifadə olunmalıdır. Qarşıdurma mənim üslubum deyil və bu, heç kimə fayda gətirmir”.
O qeyd edib ki, “Formula-1” heç bir şəxsdən üstün deyil və bütün qərarlar kollektiv şəkildə qəbul edilir:
“Bu idman hamımızdan böyükdür. Bu, bir nəfərlik şou deyil – qərarlar müzakirə və səsvermə yolu ilə verilir”.
Domenikali həmçinin əlavə edib ki, emosional qarşıdurmalar idmana dəyər qatmır və belə mübahisələrdən uzaq durmaq lazımdır.
Sonda o, dördqat dünya çempionu Ferstappeni yüksək qiymətləndirərək onun karyerasını davam etdirməsini arzuladığını bildirib.
Namiq HUN
tag: Stefano Domenikali,Formula 1,Pilot,Yarış,Todaypress.tv,
