Final həyəcanı: Heydərov Avropanı silkələdi!

Final həyəcanı: Heydərov Avropanı silkələdi!
17.04.2026 14:08 İdman

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında finala yüksəlib.

TodayPress TV xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan olimpiya çempionu yarımfinalda türkiyəli Bilal Çiloğluya qalib gəlib.

Heydərov həlledici görüşdə gürcüstanlı Laşa Şavdatuaşvili ilə yarışacaq. 

Qeyd edək ki, Hidayət daha əvvəl Konstantinos Tsaparas (Yunanıstan), Dardan Çenan (Kosovo) və Dayyan Boulemtafesi (Fransa) məğlub edib.

Avropa çempionatının ilk yarış günü Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər