Parisdə kütləvi etirazlara hazırlıq görülür – Zirehli texnika yerləşdirildi

Parisdə kütləvi etirazlara hazırlıq görülür – Zirehli texnika yerləşdirildi
24.10.2026 15:45 Dünya

Fransanın paytaxtı Parisdə oktyabrın 24-də keçiriləcəyi bildirilən etiraz aksiyaları öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib. Hökumət binalarının yaxınlığında zirehli texnikanın yerləşdirildiyi bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə "RT" telekanalının “Telegram” kanalında məlumat yayılıb.

Məlumata görə, etirazlarda “sarı jiletlilər”, tələbələr və həmkarlar ittifaqlarının nümayəndələrinin iştirakı gözlənilir. Yerli medianın məlumatına əsasən, aksiyalarda 500 minə qədər insan iştirak edə bilər.

Fransada etirazlar sentyabrın sonlarında orta məktəb şagirdlərinin təhsil sistemindəki problemlərə qarşı nümayişləri ilə başlayıb. Sonradan aksiyaların əhatəsi genişlənib, yanacağın bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin azalması da etirazların əsas mövzularına çevrilib.

Oktyabrın 18-də Fransa Prezidenti Emmanuel Makron hökumətdən yeni etirazların qarşısını almaq üçün tədbirlər görməyi tələb edib. O, iğtişaşlara görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılacağını və zərər çəkmiş bizneslərə dəstək göstəriləcəyini bildirib.

Makronun siyasi rəqibləri isə onun çıxışını tənqid edərək ölkədəki sosial narazılığa görə prezidentin məsuliyyət daşıdığını iddia ediblər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər