Azərbaycan Super Liqasında yeni mövsüm başladı – İlk gündən iki qələbə
Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında yeni mövsümə start verilib. İlk turun açılış günündə iki qarşılaşma keçirilib.
TodayPress TV xəbər verir ki, günün ikinci matçında “Ordu” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş “Ordu”nun 3:0 (25:20, 25:14, 25:20) hesablı qələbəsi ilə başa çatıb.
Günün ilk qarşılaşmasında isə “Azərrail” “Gənclər”i 3:0 (25:17, 25:11, 25:16) hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun son oyunu oktyabrın 24-də keçiriləcək. Saat 17:00-da “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gələcəklər.