Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim etdi

Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim etdi
23.10.2026 23:45 Xarici siyasət

Azərbaycanın Brüsseldəki səfiri Məmməd Əhmədzadə etimadnaməsinin surətini Belçika Kralı Filipə təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə səfir özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.

Səfir bildirib ki, kralla görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub:

"Etimadnaməmi Belçika Kralı Əlahəzrət Filipə təqdim etmək şərəfinə nail oldum. Müzakirələrimiz Azərbaycan-Belçika münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də regional proseslər ətrafında cəmləşdi".

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər