ABŞ səmasında nə baş verir? Naməlum uçan obyekt aşkarlandı

ABŞ səmasında nə baş verir? Naməlum uçan obyekt aşkarlandı
23.10.2026 22:35 Dünya

ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları 2026-cı ilin əvvəlində üçbucaq formalı naməlum uçan obyekt müşahidə ediblər, o, qırıcı təyyarənin sürəti ilə hərəkət edib.

TodayPress TV xəbər verir ki, bu barədə Pentaqonun dərc etdiyi sənədlərdə məlumat verilir.

Bildirilib ki, 2026-cı ilin əvvəlində federal hüquq-mühafizə orqanlarının əməkdaşları tutqun qara üçbucaq formasında olan naməlum obyekt qeydə alıblar. Obyekt təxminən 10 saniyə ərzində şaquli istiqamətdə yüksəlib, dağ silsiləsinin üzərində 60-90 metr hündürlükdə təxminən 20 saniyə hərəkətsiz qalıb, daha sonra isə ani şəkildə sürət yığaraq uçub gedib.

Sənəddə qeyd olunub ki, müşahidəçilərin sözlərinə görə, onun sürəti qırıcı təyyarənin sürəti ilə eyni olub, lakin obyekt səssiz hərəkət edib. Obyektin qanadlarının açılımı 4-4,5 metr, uzunluğu 1,8-2,7 metr, qalınlığı isə təxminən yarım metr olub.

Aysel Mətləb

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər