FIFA prezidentindən rəsmi ifadə tələb olundu

FIFA prezidentindən rəsmi ifadə tələb olundu
28.07.2026 09:24 İdman

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ceymi Raskin FIFA prezidenti Canni İnfantino ilə bağlı araşdırma başlanmasına təşəbbüs göstərib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Bildirilir ki, Raskin FIFA rəhbərliyinin ABŞ prezidenti Donald Tramp və onun administrasiyası ilə mümkün əlaqələrini üzə çıxarmaq məqsədilə müvafiq sənədlərin təqdim olunmasını tələb edib.

Bundan əlavə, konqresmen FIFA-nın Mayami və Nyu-Yorkdakı ofislərinə dair, eləcə də təşkilatın Nyu-Yorkdakı qərargahından istifadə etdiyi bütün dövrü əhatə edən giriş-çıxış qeydlərinin təqdim edilməsini istəyib.

Müraciətdə ABŞ Ədliyyə Nazirliyinin dünya futbolunda korrupsiya işi üzrə aparılan araşdırmalar çərçivəsində bəzi şəxslərə qarşı ittihamların ləğvi məsələsinə də toxunulub. Söhbət 2015-ci ildə FIFA-nın 20-dən çox yüksək vəzifəli rəsmisi və idman marketinqi rəhbərlərinə qarşı başladılan istintaqdan gedir.

Sənədin sonunda Raskin Canni İnfantinodan Nümayəndələr Palatasının Hüquq Komitəsində aparılacaq müsahibə çərçivəsində rəsmi ifadə verməsini xahiş edib.

Qeyd edək ki, FIFA və ya Canni İnfantino məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Namiq HUN

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər