FIDE reytinqi: Fətəliyeva şəxsi rekordunu yenilədi
İdman
01.12.2025 11:50
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 1 dekabr tarixinə olan dünya reytinqini açıqlayıb.
TodayPress TV xəbər verir ki, qadın şahmatçılar arasında Azərbaycan qrossmeysteri Ülviyyə Fətəliyevaya şəxsi rekordunu yeniləyib. Aktivində 2434 xalı olan Fətəliyeva 26-cı pilləyə yüksəlib.
Onun noyabr ayında olan maksimum göstəricisi 2420 xalla 33-cü yer idi.
Dünya reytinqinin ilk 100-lüyündə digər azərbaycanlı qadın şahmatçılardan Gülhər Beydullayeva (2364) 77-ci, Xanım Balacayeva (2351) isə 92-ci pillədə yerləşib.
Kişi şahmatçılar arasında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yenilənmiş əmsallar cədvəlində mövqeyini itirib. O, 2730 xalla 14-cü pillədən 19-cu yerə enib.
Dünya reytinqinin ilk 100-lüyündə digər azərbaycanlı şahmatçılardan Teymur Rəcəbov (2692) 37-ci, Rauf Məmmədov (2645) 78-ci, Eltac Səfərli (2644) 79-cu, Aydın Süleymanlı (2628) isə 99-cu pillədə yerləşib.
Namiq HUN
tag: FİDE,Ülviyyə Fətəliyeva,Rekord,Şahmat,Todaypress.tv,
