Fidan Qurbanlı dünya səhnəsində 43-cü pillədə qərarlaşdı
Almaniyada bədii gimnastika üzrə 42-ci Dünya çempionatı keçirilir.
TodayPress TV xəbər verir ki, Frankfurtun məşhur Festhalle arenasında təşkil olunan çempionatda Azərbaycanı Fidan Qurbanlı təmsil edib.
Bədii gimnastımız halqa, top, gürzlər və lentlə çıxış edərək çoxnövçülük üzrə ümumilikdə 75.350 xal toplayıb və yarışın yekun sıralamasında 43-cü pillədə qərarlaşıb.
Namiq HUN
TodayPress TV