FIA Norrisi sərt cəzalandırdı

FIA Norrisi sərt cəzalandırdı
26.11.2025 09:40 İdman

“Formula-1” üzrə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris “Las-Veqas” Qran-prisindən sonra müsahibə zamanı söyüş söydüyünə görə Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən cərimələnib.

TodayPress TV xəbər verir ki, o, yarışdan sonrakı müsahibə zamanı ilk döngədə “Red Bull” pilotu Maks Verstappenə uduzduğunu təsvir edərkən qadağan olunmuş ifadələr işlətdiyinə görə 59.000 dollar məbləğində cərimə olunub.

Qeyd edək ki, “McLaren” pilotu yarışda ikinci nəticə göstərsə də, sürüşmə lövhəsindəki həddindən artıq aşınmaya görə diskvalifikasiya edilib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər