Ferstappen titul olmasa da, pilotların kralıdır!

İdman

30.12.2025 16:25

“Red Bull” komandasının pilotu Maks Ferstappen “Formula-1” pilotları arasında keçirilən illik gizli səsvermənin nəticələrinə görə 2025-ci ilin ən yaxşı sürücüsü seçilib. 

TodayPress TV xəbər verir ki, bu barədə reytinq seriyasının rəsmi saytında dərc olunub.

Səsvermədə iştirak edən 16 pilot arasında Ferstappen ən çox xal toplayaraq, yeni dünya çempionu - “Maklaren”in pilotu Lando Norrisi qabaqlayıb. Niderlandlı sürücü titulunu itirməsinə baxmayaraq, bu sorğuda ardıcıl beşinci dəfə qalib olub.

Qeyd olunur ki, bu il sorğuda Lyuis Hemilton (“Ferrari”), Niko Hülkenberq (“Kick-Sauber”), Lens Stroll (“Aston Martin”) və Yuki Tsunoda (“Red Bull”) iştirak etməyib.

2025-ci ilin ən yaxşı 10 pilotu:

1. Maks Ferstappen (“Red Bull”)

2. Lando Norris (“Maklaren”)

3. Corc Rassell (“Mercedes”)

4. Oskar Piastri (“Maklaren”)

5. Şarl Lekler (“Ferrari”)

6. Karlos Sayns (“Uilyams”)

7. Fernando Alonso (“Aston Martin”)

8. Aleks Albon (“Uilyams”)

9. Oliver Berman (“Haas”)

10. İsak Hadjar (“Racing Bulls”)

Yeddiqat dünya çempionu Lyuis Hemilton “Ferrari”də keçirdiyi çətin debüt mövsümündən sonra bu sorğunun tarixində ilk dəfə ilk onluğa düşə bilməyib.

Namiq HUN

TodayPress TV

tag: Maks Ferstappen,“Formula-1”,Pilot,Səsvermə,Todaypress.tv,