“Ferrari”yə gedən yol: Berman sirrləri açıqladı!

İdman

17.04.2026 16:05

Oliver Berman “Ferrari” akademiyasına necə qoşulduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Up to Speed”ə danışıb.

Hazırda “Haas” komandasının pilotu olan gənc sürücü “Ferrari”nin etimadını qazanmaq üçün ciddi sınaqlardan keçdiyini bildirib:

“Ferrari üçün çıxış etmək mənim əsas məqsədimdir. Onlar mənə böyük etimad göstəriblər – əvvəl akademiyaya qəbul etdilər, sonra isə mənə şans verdilər. Hətta Karlos Sayns xəstələnəndə məni sükan arxasına keçirdilər. Daha təcrübəli ehtiyat pilotlar olsa da, 18 yaşlı sürücüyə güvəndilər və xoşbəxtlikdən bu, özünü doğrultdu”.

Berman qeyd edib ki, akademiyaya qəbul prosesi heç də asan olmayıb. Əvvəlcə komanda kartinq pilotlarına üstünlük vermək istəyib.

“Görüşlərdə çox həyəcanlı idim. Amma trasda onlara nəyə qadir olduğumu göstərdim. Bu, futboldakı skautinq kimidir – səni birbaşa izləyirlər və potensialını dərhal görürlər”, – deyə Berman əlavə edib.

Namiq HUN

TodayPress TV

tag: Oliver Berman, “Ferrari”, “Haas” komandası,Karlos Sayns,Todaypress.tv,