"Fənərbağça"dan "Əl-Cəzirə"yə uzanan yol!
Türkiyənin "Fənərbağça" klubundan ayrılan Anderson Talişka Səudiyyə Ərəbistanının "Əl-Cəzirə" komandasına transfer olunub.
TodayPress TV xəbər verir ki, bu barədə Asiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, 2025-ci ildən "Fənərbağça"da çıxış etmiş Talişka, İstanbul kollektivinin heyətində 77 oyunda 44 qol vurub, 7 assist edib.