“Fənərbağça” və “Beşiktaş”ın sabiq ulduzu həbs olundu

“Fənərbağça” və “Beşiktaş”ın sabiq ulduzu həbs olundu
02.12.2025 15:31 İdman

Türkiyə millisinin sabiq futbolçusu Gökhan Gönül saxlanılıb.

TodayPress TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı müdafəçi, İstanbul Fond Birjasında müəyyən səhm əməliyyatlarında manipulyasiya etməkdə təqsirləndirilir. 

İstanbul Baş Prokurorluğu beş bölgədə əməliyyat keçirib və veteran müdafiəçi ilə yanaşı, daha 11 nəfəri saxlanyıb.

Qeyd edək ki, Gökhan Gönül karyerası ərzində İstanbulun “Fənərbağça” və “Beşiktaş” klublarında çıxış edib. O, “sarılacivərdlilər”lə iki, “qara qartallar”la isə bir dəfə Super Liqanın qalibi olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər