"Espanyol" Doylanı heyətinə qatdı
İspaniyanın "Espanyol" klubu ingiltərəli vinger Tyaris Doylan ilə müqavilə imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yer alıb.
23 yaşlı futbolçu ilə anlaşma üç il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, Doylan 2020-ci ildən etibarən İngiltərənin "Blekbern Rovers" klubunda çıxış edib. 2024/25 mövsümündə o, 47 oyunda iştirak edərək, 7 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Töhfə Səməd