Era bitir: Bernardo Silva “Mançester Siti”dən gedir
İdman
16.04.2026 17:54
Bernardu Silva mövsümün sonunda “Mançester Siti”dən ayrılacağını açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə öz sosial şəbəkəsində yazıb.
Portuqaliyalı yarımmüdafiəçi azarkeşlərə ünvanladığı emosional mesajda klubda keçirdiyi illəri xüsusi vurğulayıb. O bildirib ki, “Mançester Siti”yə gəlişi uşaqlıq arzusunun bir hissəsi idi və burada qazandığı uğurlar gözləntilərini də üstələyib.
Silva çıxışında komanda ilə əldə etdiyi nailiyyətləri xatırladıb: 100 xallıq mövsüm, daxili kuboklar, trebl və ardıcıl çempionluqlar onun üçün unudulmaz xatirələrə çevrilib.
Futbolçu həmçinin şəxsi həyatı üçün də klubun və şəhərin böyük əhəmiyyət daşıdığını qeyd edib. O, burada ailə qurduğunu və həyatında mühüm mərhələnin məhz bu dövrdə başladığını vurğulayıb.
Azarkeşlərə təşəkkür edən Bernardu Silva onların dəstəyini heç vaxt unutmayacağını bildirib və komandanın gələcəyinə inandığını deyib.
Qeyd edək ki, portuqaliyalı futbolçu 9 ildir “Mançester Siti”nin formasını geyinir və klubun son illərdə qazandığı uğurlarda əsas rollardan birini oynayıb.
Namiq HUN
tag: Bernardu Silva,Mançester Siti,Klub,Futbol,Todaypress.tv,
