Eduard Mendi İraqla matçda oynamayacaq

Eduard Mendi İraqla matçda oynamayacaq
24.06.2026 12:41 İdman

Seneqal yığmasının qapıçısı Eduard Mendi dünya çempionatının qrup mərhələsinin III turunda İraqla qarşılaşmanı zədə səbəbindən buraxacaq.

TodayPress TV Seneqal yığmasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, zədəsinin xarakterinin müəyyənləşdirilməsi üçün əlavə tibbi müayinədən keçəcək.

34 yaşlı qapıçı Norveçlə matçda (2:3) sol dizindən zədə alaraq 63-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Afrika təmsilçisinin İraqla oyunu iyunun 26-da baş tutacaq.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər