Edinson Kavani "Boka Xuniors" klubundan ayrıldı

Edinson Kavani "Boka Xuniors" klubundan ayrıldı
19.06.2026 18:45 İdman

Uruqvaylı hücumçu Edinson Kavaninin Argentinanın "Boka Xuniors" klubu ilə müqaviləsinə xitam verilib.

TodayPress TV xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıblar.

Təcrübəli futbolçu 2026-cı ildə Argentina təmsilçisinin heyətində cəmi 2 rəsmi oyunda meydana çıxıb.

Hücumçu fevralda kürəyindən cərrahiyyə əməliyyatı olunduğu üçün uzun müddətdir komandasına kömək edə bilmirdi. Onun dekabra qədər qüvvədə olan müqaviləsinin müddətini uzatmaq istəyinə baxmayaraq, klub rəhbərliyi dünya çempionatı dövründə heyətdə yenilənmə işlərini sürətləndirmək məqsədilə yolları vaxtından əvvəl ayırmağı üstün tutub.

Yeni klub axtarışında olan 39 yaşlı oyunçu hələlik karyerasını bitirmək barədə düşünmür.

Qeyd edək ki, E.Kavani 2023-cü ildən "Boka Xuniors"un formasını geyinirdi.

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər