Dünya Kubokunu özbəkistanlı şahmatçı qazandı

Dünya Kubokunu özbəkistanlı şahmatçı qazandı
26.11.2025 17:38 İdman

Hindistanda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi müəyyənləşib.

TodayPress TV xəbər verir ki, Qoa turnirinin qalibi adını Özbəkistan şahmatçısı Javohir Sindarov qazanıb. 

O, çinli Vey İ ilə dueldən qalib ayrılaraq bu uğura nail olub.

Qeyd edək ki, Javohir Sindarov, Vey İ və yarışı üçüncü yerdə bitirən rusiyalı Andrey Yesipenko 2026-cı ildə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə qazanıblar. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər