Dünya komandaları “Bakı-Xankəndi” yarışında bir araya gələcək!

Dünya komandaları “Bakı-Xankəndi” yarışında bir araya gələcək!
15.04.2026 13:20 İdman

“Bakı-Xankəndi” velosiped yarışı ilə bağlı iştirakçı komandaların siyahısı açıqlanıb.

TodayPress TV xəbər verir ki, yenilənmiş siyahıya əsasən yarışda ümumilikdə 25 komanda mübarizə aparacaq.

Turnirdə Qazaxıstan, İspaniya, İtaliya və Türkiyə iki komanda ilə təmsil olunacaq.

Digər ölkələr isə yarışa bir kollektivlə qatılacaq:

Çin, Malayziya, Portuqaliya, Tayland, Kolumbiya, Estoniya, Əlcəzair, Polşa, Belçika, Filippin, Almaniya, Niderland, Özbəkistan, Mərakeş və İndoneziya.

Qeyd edək ki, yarış mayın 10-da start götürəcək və 5 gün davam edəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər