Dünya futbolunun ən yaxşıları mükafatlandırıldı

İdman

29.12.2025 09:15

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Globe Soccer Awards 2025” mərasimində dünya futbolunda fərqlənən oyunçular, məşqçilər və klublar mükafatlandırılıb.

TodayPress TV xəbər verir ki, nüfuzlu beynəlxalq tədbir Dubayın “Atlantis The Royal” otelində təşkil olunub.

“Globe Soccer Awards 2025” qalibləri:

İlin ən yaxşı kişi futbolçusu: Usman Dembele

Maradona adına “İlin ən görkəmli oyunçusu”: Lamin Yamal

Yaxın Şərqin ən yaxşı futbolçusu: Kriştiano Ronaldu

Ən yaxşı kişi klubu: PSJ

Ən yaxşı qadın klubu: “Barselona” (qadın komandası)

Ən yaxşı qadın futbolçu: Aitana Bonmati

Ən yaxşı hücumçu: Lamin Yamal

Ən yaxşı yarımmüdafiəçi: Vitinya

Ən yaxşı məşqçi: Luis Enrike

Ən yaxşı agent: Jorje Mendes

Ən perspektivli oyunçu (2025): Desire Doue

Ən yaxşı geri dönüş: Pol Poqba

İlin ən yaxşı milli komandası: Portuqaliya yığması

Qeyd edək ki, Pol Poqba uzun müddətlik fasilədən sonra meydanlara qayıdaraq 31 dəqiqəlik oyunu ilə “Ən yaxşı geri dönüş” mükafatına layiq görülüb.

“Globe Soccer Awards” mərasimi hər il dünya futbolunda ilin ən uğurlu simalarını və kollektivlərini müəyyənləşdirən ən nüfuzlu tədbirlərdən biri hesab olunur.

Namiq HUN

TodayPress TV 

tag: BƏƏ,Globe Soccer Awards 2025,Mükafat,İdman,Todaypress.tv,