Dünya çempionu Rodri bıçaq altına yatdı

Dünya çempionu Rodri bıçaq altına yatdı
28.07.2026 16:55 İdman

“Mançester Siti” və İspaniya millisinin yarımmüdafiəçisi Rodri bel nahiyəsindən uğurlu əməliyyat keçirib.

TodayPress TV xəbər  verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, futbolçu bir müddətdir belində narahatlıq hiss edirdi və problemi aradan qaldırmaq üçün cərrahi müdaxilə zəruri sayılıb.

Rodrinin qısa reabilitasiya dövründən sonra bərpa olunacağı və avqustun 16-da “Arsenal”a qarşı keçiriləcək İngiltərə Superkuboku oyununa hazır olacağı gözlənilir.

29 yaşlı yarımmüdafiəçi 2025/2026 mövsümündə “Mançester Siti”nin heyətində 33 oyunda meydana çıxaraq 2 qol vurub.

Rodri 2026-cı il dünya çempionatında İspaniya millisinin heyətində çempionluq qazanıb və turnirin ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, daha əvvəl İspaniya mətbuatı futbolçunun Madrid “Real”ı ilə şəxsi müqavilə şərtləri üzrə razılığa gəldiyini yazmışdı.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər