Dünya çempionatının final hakimi səhnədən getdi
Futbol üzrə son dünya çempionatının final oyununu idarə edən sloveniyalı FIFA referisi Slavko Vinçiç peşəkar hakimlik karyerasını başa vurub.
TodayPress TV xəbər verir ki, bu barədə Sloveniya Futbol İttifaqının mətbuat xidməti rəsmi saytında məlumat yayıb.
46 yaşlı referi mundialın finalında İspaniya ilə Argentina arasında keçirilən və ispanların əlavə vaxtda 1:0 hesablı qələbəsi ilə başa çatan görüşün baş hakimi olub.
Qeyd edək ki, Slavko Vinçiç 2010-cu ildən FIFA referisi statusunu daşıyırdı. O, karyerası ərzində 2023/2024 mövsümünün UEFA Çempionlar Liqasının finalını, həmçinin 2021/2022 mövsümünün UEFA Avropa Liqasının həlledici qarşılaşmasını idarə edib.
DÇ-2026-da ümumilikdə 4 oyunda baş hakim olan Vinçiç, bu görüşlərdə 12 sarı və 2 qırmızı vərəqə göstərib.
Namiq HUN