Dünya çempionatı: Ömər Rəcəbli bürünc medal qazandı

Dünya çempionatı: Ömər Rəcəbli bürünc medal qazandı
07.10.2026 18:37 İdman

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

TodayPress TV xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı yarışdakı sonuncu qarşılaşmasında qazaxıstanlı Abilayxan Zubanazarla üz-üzə gəlib.

Rəqibini məğlub edən Ö. Rəcəbli turnirin bürünc mükafatına sahib çıxıb.

Eyni çəkidəki Zelim Tçkayev finalda Tato Qriqalaşvili ilə münasibətlərə aydınlıq gətirəcək.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər