Doku “Mançester Siti” ilə gələcəyini rəsmiləşdirdi

Doku “Mançester Siti” ilə gələcəyini rəsmiləşdirdi
13.08.2026 15:51 İdman

“Mançester Siti” klubu belçikalı yarımmüdafiəçi Ceremi Doku ilə müqaviləni uzadıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Yeni müqaviləyə əsasən, 24 yaşlı futbolçu 2031-ci ilə qədər “Mançester Siti”nin formasını geyinəcək.

Doku 2023-cü ildən “Mançester Siti”də çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 47 oyuna çıxıb, 8 qol vurub və 14 məhsuldar ötürmə edib.

Belçikalı futbolçu peşəkar karyerasına 2018-ci ildə “Anderlext”də başlayıb. 2020-ci ildə “Renn”ə keçən Doku Fransa klubunun heyətində 75 matçda 10 qol vurub.

2023-cü ilin avqustunda isə “Mançester Siti” onun transferi üçün “Renn”ə 65 milyon avro ödəyib.

Qeyd edək ki, Transfermarkt portalında Ceremi Dokunun hazırkı bazar dəyəri 75 milyon avro qiymətləndirilir.

Namiq HUN

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər